İtaliyanın “Eni” enerji şirkəti Barens dənizinin qərbində yeni neft kəşfinə imza atıb.
“Hammerfest” yatağından 230 km, “Johan Castberg” yatağından bir neçə km şimalda yerləşən kəşfiyyat quyusunun istismarı ilə bağlı qərar 2018-ci ilin iyun ayında imzalanıb. Quyuda hasilata 2022-ci ildən başlanılması nəzərdə tutulub. Yeni kəşfin yerində ehtiyatları ilkin qiymətləndirilmələrə görə, 50-60 milyon barel həcmində qiymətləndirilir.
Məlumatların emalı və nümunə götürülməsi işləri başa çatan kimi quyu müvəqqəti olaraq sementlənəcək və tərk ediləcək.
Xatırladaq ki, “Eni” 1965-ci ildən bəri Norveçdə fəaliyyətdədir. Şirkətin orada neft hasilatı günə 150 min barel neft ekvivalenti təşkil edir.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib