ABŞ-ın “Chevron” enerji şirkəti Hyustonda Braziliyanın “Petrobras” enerji şirkətinə məxsus “Pasadena” emal müəssisəsini almaqla bağlı müqavilə imzalayıb.
Hazırda ABŞ neft şirkətləri emal sahəsində fəaliyyətlərini genişləndirməyə çalışırlar.
Borc içində olan “Petrobras” enerji şirkəti isə 21 milyard dollar məbləğində aktivlərini tezliklə satmaq qərarına gəlib.
“Chevron” enerji şirkəti regionda şist hasilatını 51% yüksəltməyi, gündəlik 270 min barrel neft ekvivalenti həcminə çatdırmağı planlaşdırır. Şirkət Hyustonda emal gücünü artırmaqla, xam nefti hasilat yerinə daha yaxın emal etmək niyyətindədir.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib