İran öz neftini ilk dəfə enerji birjasında satışa çıxarıb.
AZƏRTAC İranın Neft Nazirliyinə istinadla xəbər verir ki, nazirlik ABŞ-ın sanksiyalarının ikinci mərhələsi ərəfəsində ən az 35 min və ən çox isə 100 min barrel olmaqla neftini Tehran Enerji Birjasında satışa çıxarıb. Neft alışı üzrə müraciətlər üçün ümumi məbləğin 10 faizi nağd şəkildə ödənilməlidir. Qiymət isə bir barrel üçün minimum 79,15 dollar təyin edilib, maksimum qiymət bazardakı dəyişkənliyə görə formalaşacaq. Neft satışı üzrə ödənişlərin 20 faizi rial, 80 faizi digər valyuta növləri ilə həyata keçiriləcək.
İran bu addımı ilə sanksiyalar ərəfəsində neftin ölkədə daha dəyərli olmasını və nağd pul hərəkətini təmin etməyi hədəfləyir.
Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İrana qarşı ikinci sanksiya paketini tətbiq etməyə başlayacaq. Birləşmiş Ştatlar İran Milli Neft Şirkətinə, İran Neft Ticarət Şirkətinə və Milli Tanker Şirkətinə sanksiyalar tətbiq etməyə hazırlaşır.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib