SOCAR-ın mədən ərazilərində 32,5 hektar neftlə çirklənmiş sahədə rekultivasiya işləri görülüb
“Ekol Mühəndislik Xidmətləri” QSC yeni layihənin icrasını başa çatdırıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına əsasən, “Azneft” İstehsalat Birliyinin (İB) neft və qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələrinin həyata keçirilməsi işlərini ardıcıl olaraq davam etdirir. Bu istiqamətdə əksər layihələrin icrası “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən yerinə yetirilir. QSC fəaliyyəti dövründə “Azneft” İB-nin bir çox NQÇİ-lərinin mədən ərazilərində uzun illər neftlə çirklənmiş torpaqların təmizlənməsi, eləcə də rekultivasiya və bioremediasiya işlərini həyata keçirib. Reabilitasiya olunmuş əksər sahələrdə isə yaşıllaşdırma tədbirləri görülüb ki, bu da həmin ərazilərin ekoloji vəziyyətini xeyli dərəcədə yaxşılaşdırıb.
Görülmüş işlərin davamı olaraq, “Ekol Mühəndislik Xidmətləri” iyul ayında H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində yeni layihənin icrasına başlayıb. QSC-nin torpaqların rekultivasiyası departamenti layihənin icrası üçün əraziyə xeyli sayda xüsusi texnika, ağır tonnajlı nəqliyyat vasitələri və işçi qüvvəsi cəlb edib. Layihə H.Z.Tağıyev adına NQÇİ-nin birinci sahəsində icra olunub. Həmin sahədə 32,5 hektar neftlə çirklənmiş ərazidə rekultivasiya işləri başa çatdırılıb və layihənin icrası fasiləsiz olaraq davam etdirilib.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib