Səudiyyə Ərəbistanının enreji naziri Xalid əl-Falih Camal Kaşoqqi böhranı ilə əlaqədar Qərb ölkələrinə 1973-cü ildə olduğu kimi neft embarqosu tətbiq etməyəcəklərini açıqlayıb.
AzVision.az xəbər verir ki, nazir anlaşılmazlıqların geridə qalacağını söyləyib.
“Səudiyyə Ərəbistanı çox məsuliyyətli bir ölkədir. İllərdir nefti siyasətdən ayrı saxlamışıq. Neft siyasətimizi iqtisadi vasitə kimi istifadə edirik”, - Səudiyyəli nazir bildirib.
Əl-Falih deyib ki, neft qiymətlərinin artması qlobal iqtisadiyyatın zəifləməsinə səbəb olacaq: “Gələn ay İranın neft ixracatına qarşı sanksiyaların qüvvəyə minməsindən sonra qiymətlərin qalxmayacağına zəmanət yoxdur. Neftin 1 barrelinin 100 dollar səviyyəsinə zəmanət verə bilmərik. Çünki digər neft ixracatçılarının hansı addım atacaqlarını bilmirik”.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib