Davamlı İnkişaf və Təlim Beynəlxalq Assosiasiyası (IACET PNG) tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi Proqramı üzrə SOCAR AQŞ-ni “İlin Təlim Şirkəti” kimi qiymətləndirib.
Tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi müəssisənin sosial korporativ məsuliyyət proqramının bir hissəsi kimi yerli və xarici universitetlərdə bakalavr və magistr dərəcəsi üzrə təhsil alan tələbələrə şamil edilir. Yay İstehsalat Təcrübəsi proqramı çərçivəsində “SOCAR AQŞ” ilə ABŞ, Avropa və Asiyanın tanınmış universitetləri arasında ikitərəfli əməkdaşlıq geniş vüsət almaqdadır. Müəssisə istedadlı gənclərin cəlb olunması istiqamətində dünya səviyyəli İstehsalat Təcrübəsi Proqramı təşkil edir.
Hər il yüzlərlə gənc tələbə İstehsalat Təcrübə Proqramında iştirak etmək üçün müvafiq qaydada sənədlərini müəssisəyə təqdim edir. Seçim prosesində tələbələrin texniki bilikləri, psixoloji təfəkkürü, dil bilikləri, analitik-kiritik düşünmə qabiliyyətləri və komandada işləmək bacarıqları yoxlanılır. Seçim mərhələlərindən uğurla keçən tələbələr 2 ay müddətində təhkim olunduqları biznes bölmələrində təcrübə keçməklə yanaşı, müxtəlif təlim və seminarlarda iştirak edirlər.
Qeyd edək ki, “SOCAR AQŞ” 2018-ci ilin iyun ayından etibarən IACET PNG-nin üzvüdür.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib