Azərbaycan 2018-ci ilin sonunadək "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollar cəlb edəcəyinə ümid edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O qeyd edib: "Biz alman maliyyə resurslarının cəlb olunması üzərində işləyirik. 2018-ci ilin sonunadək 1,5 milyard dollar cəlb etməyi planlaşdırırıq".
Bundan əvvəl məlumat verilirdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün Avropa banklarından 15 il müddətinə 1,5 milyard dollaradək vəsait cəlb etmək niyyətindədir.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb