İsveçin “Lundin Petroleum AB” müstəqil neft-qaz kəşfiyyatı və hasilatı şirkəti “Hurri” prospektində yerləşən “7219/12-3S” kəşfiyyat quyusunda qazma əməliyyatlarını tamamlayıb. Şirkətin qazdığı “7219/12-3S” kəşfiyyatquyusu boş çıxıb. Quyu “PL533” hasilat lisenziyasında yerləşir və karbohidrogen potensiallı Yuxarı Yura yaşlı “Hekkingen” və “Sto” formasiyalarını hədəfə alıb.
“İki sahil” youroilandgasnews.com saytına istinadən xəbər verir ki, yüksək karbohidrogen ehtiyatının aşkar olunduğu formasiyalar hədəfə alınsa da,quyuda karbohidrogen təzahürlərinə rast gəlinməyib. “7219/12-3S” kəşfiyyat quyusu “Leiv Eiriksson” yarımdalma qazma qurğusu vasitəsi ilə qazılıb və quyu boş çıxdığına görə mövcud ərazidən köçürülüb.
Qeyd edək ki, “Lundin””PL533” hasilat lisenziyasının operatorudur və quyuda 35 % payın sahibidir. Şərikləri “Aker BP” 35%, “DEA Norge” isə 30% payın sahibidir.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb