Rusiyanın “LUKoil” şirkəti ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalara görə bu ölkədən neft tədarükünü dayandırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “LUKoil”un prezidenti Vahid Ələkbərov deyib.
O, İrana qarşı sanksiyalarla bağlı intensiv iş aparıldığı bildirib: “Vəziyyəti dəyərləndirmək üçün noyabr ayından sonra baş verəcək hadisələri gözləyirik. Sanksiyalarla əlaqədar risklər çox böyükdür. Biz hər hansı bir məhdudiyyəti pozmuruq. İrandan neft tədarükünü dayandırmışıq”.
Qeyd edək ki, ABŞ-ın noyabrın 5-dən etibarən İranın neft ticarətini hədəf alan ikinci sanksiya paketini tətbiq edəcəyi gözlənilir.
Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan “LUKoil” qlobal neft hasilatının təxminən 2 faizini həyata keçirir.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb