ABŞ-ın Kaliforniya ştatının Woodland əyalətinin yaxınlığında vandalizm aktı qeydə alınıb. Ştatdan və yerli mənbələrdən verilən məlumata görə, kimsə neft daşıyan maşında neftlə dolu çənin klapanını bilərəkdən açaraq 700 qallon neftin tökülməsinə səbəb olub.
“İki sahil” tdn.com saytına istinadən xəbər verir ki, neft sızaraq, yaxınlıqdakı sahəni və “Granite İnşaat”ın əməliyyat apardığı “Dike Road” adlı ərazini çirkləndirib. “West Coast Training” inşaat şirkətinin sahibi Cef Voleverin verdiyi məlumata görə. sızmanın baş verdiyi ərazidə yaranan palçıq təmizlənib.
Ekologiya Departamentinin sözcüsü Sandi Hovard çirklənməyə səbəb olan şəxs və şirkətin baş verən çirklənməyə görə cavab verəcəyini qeyd edib.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb