Qərargahı Cənubi Amerikada yerləşən “Tullow Oil” müstəqil neft-qaz kəşfiyyatı və hasilatı şirkəti Namibiyada “PEL-37” hasilat lisenziyasında yerləşən “Cormorant-1” kəşfiyyat quyusundan kommersiya xarakterli olmayan karbohidrogen ehtiyatı aşkar etdiyinə görə quyunu sementləyərək tərk edib.
“Tullow” şirkəti Cormorant-1 kəşfiyyat quyusunun ümumi dərinliyinin 3,855 metr dərinlikdə qazıldığını bildirib.
“İki sahil” southerntimesafrica.com saytına istinadən xəbər verir ki, quyuda qazma işlərinə sentyabr ayının əvvəlindən başlanılıb və quyu “Ocean Rig Poseidon” qazma gəmisi ilə qazılıb.
Nəticə olaraq “Tullow” quyunun şirkətin gələcək fəaliyyəti üçün əhəmiyyət kəsb etmədiyini və maliyyə cəhətdən heç bir ümidin olmadığı bildirib.”Tullow” “PEL-37” hasilat lisdenziyasının operatorudur və lisenziyada 35% paya sahibdir. Birgə müəsssisə şərikləri “ONGC Videsh” 30%, “Pancontinental Oil & Gas” 30% “Paragon” şirkəti isə qalan 5% payın sahibidirlər.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb