Norveçin “DEA Norge AS” neft-qaz kəşfiyyatı və hasilatı şirkəti operatoru olduğu 721 saylı hasilat lisenziyasında “7321/4-1” quyusunun qazma işlərini tamamlayıb. Quyu boş çıxıb. Quyu Barens dənizindəki “7324/8-1” (Wisting) neft kəşfinin təxminən 105 kilometr qərbində qazılıb.
“İki sahil” npd.no saytına istinadən xəbər verir ki, “7321/4-1” quyusu ilkin olaraq neft təzahürlərinin sübut olunduğu yuxari Trias və Orta Yura yaşlı “Sto” , daha sonra isə Yuxarı Trias yaşlı “Snadd” formasiyasını hədəfə alıb. “7321/4”-un “Sto” formasiyasını hədəfə alan qumdaşların 15 metrliyində aşağı keyfiyyətli rezervuar əldə edilsə də, digər formasiya tamamilə boş olub. Şirkət quyunun boş olduğunu təsdiqləyib. Quyu sementlənərək tərk olunub.
Qeyd edək ki, 7321/4-1 quyusu Island Innovator qazma qutrğusu vasitəsi ilə qazılmışdı və qurğu hazırda ərazidən köçürülüb.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb