Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından ümumilikdə 7,401 mlrd. dollar daxil olub.
“Report” bu barədə ARDNF-a istinadən xəbər verir.
Bu məbləğin 115 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın payına düşüb.
Məlumata görə, 2001-ci ildən bu il oktyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,887 mlrd.dollar gəlir əldə olunub.
Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb