Sentyabr ayında Rusiya gündəlik neft hasilatının həcmini 1,549 mln. tona, yaxud 11,35 mln. barelə qədər artırıb.
“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu göstərici neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC və qeyri-OPEC razılaşması çərçivəsində Rusiyanın qəbul etdiyi öhdəlikdən 400 min bareldən artıq çoxdur.
Rusiyada bu ilin avqust ayı ilə müqayisədə ötən ay neft hasilatının həcmi 1,56% artıb. Sentyabr ayı ərzində hasilat tədricən artıb və ayın sonunda gündəlik hasilat göstəricisi 11,42 mln. barelə çatıb.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb