13 sentyabr 2018 18:42
1163

Madonnanın qızı tüklü ayaqlarla podiuma çıxdı

Pop ulduz Madonnanın 21 yaşlı qızı Lordes Leon Nyu-York Moda Həftəsində podiuma çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, podiumdakı performansı ilə bəyənilən Lordes tüklü ayaqları ilə diqqət çəkib.

Leonun anası Madonna da vaxtilə təraş etmədiyi qoltuqaltı ilə gündəm olmuşdu.