Xalq artist Eyyub Yaqubov yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, “Əzizim ” adlanan ifa sənətçinin “Youtube” kanalında yerləşdirilib.
Bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi Vüqar Mirzəyevə, aranjimanı isə Əvəz Muradova aiddir.
Qeyd edək ki, bu mahnı Eyyub Yaqubovun fəxri ad almasından sonrakı ilk işidir.