12 sentyabr 2018 18:34
1156

Məşhur müğənni polisə çağırıldı

Türkiyəli müğənni Mabel Matiz “Ya bu işler ne” adlı klipinə görə polisə çağırılıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klipdə 1 dollarlardan istifadə edib. Bu səbəblə də sənətçinin FETÖ-yə dəstək olduğu iddia olunub. Məlumata görə, onu ekran işini izləyən tamaşaçılardan biri şikayət edib. Ardınca araşdırma başladılıb. Matiz klipi özünün hazırlamadığını və hansısa məqsədi olmadığını bildirib.