Müğənni Sevda Yahyayevanın efirdə halı pisləşib. “Qafqazinfo” xəbər verir ki, o, Səidə Sultan və Nadir Qafarzadə ilə “5-də 5” proqramının mövsüm açılışına paraşütlə gəlib.
Xəzər TV-nin həyətinə enən sənətçilər arasında Sevda özünü narahat hiss etməyə başlayıb.
İfaçı pilləkənlərdə oturaraq halının pis olduğunu, efirə çıxa bilməyəcəyini qeyd edib.
Daha sonra proqramın aparıcısı Zaur Kamal təcili yarıdm çağırıb.