11 sentyabr 2018 18:10
1228

Bakıda hind filmi çəkildi

Azərbaycanda “Viktor 2” adlı hind filminin çəkilişləri baş tutub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ekran işinin musiqisinə çəkilən klip Dağüstü park, Fəvvarələr Meydanında lentə alınıb.

Filmin qəhrəmanı, aktrisa-model Asmita Sood instaqram səhifəsində paytaxtdan fotolar paylaşıb, çəkiliş üçün Bakıda olduğunu qeyd edib. O, daha sonra kinodan bir dəqiqəlik görüntünü sosial şəbəkədə yayıb.

Bu məqamda bildirək ki, layihənin təqdimatı ötən gün Hindistanda baş tutub.

Videonu BURADAN izləyə bilərsiniz