11 sentyabr 2018 17:44
928

Serenaydan 1,5 milyonluq imza

Aktrisa Serenay Sarıkaya cins firmalarından birinin reklam çarxında rol alacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq cins markalarının biri ilə müqavilə imzalayan aktrisa illik reklam qarşılığında 1 milyon 500 min lirə (təxminən 400 min AZN) pul alacaq.

Xatırladaq ki, bu, Serenayın ilk reklam çarxı deyil. O, eyni firma ilə bundan öncə də işləyib. Sadəcə o zaman reklama sevgilisi Kerem Bürsinlə çəkilib.

Qeyd edək ki, aktrisa ötən il də kosmetika brendlərinin birinin siması olub. Sarıkayanın həmin reklamdan 1 milyon 250 min lirə (təxminən 330 min AZN) əldə edib.