10 sentyabr 2018 21:06
1306

89 yaşlı aktrisadan bikinili paylaşım

Türkiyəli aktrisa Gülriz Sururi bikinili şəklini paylaşıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, o fotonu İnstaqram hesabında yayımlayıb. İzləyicilərindən bəziləri onu tənqid edib. Sururi paylaşımına bu açıqlamanı yazıb:

“Bu fotoları özümə necə diqqət etdiyimi görsünlər deyə paylaşıram. Özümlə fəxr edirəm. “Sən hələ yaşayırsan? Öl artıq” - deyə mesajlar yazırlar. Fikir vermirəm. Gün ərzində 20 dəqiqə idmanla məşğul oluram. Yeməyimə diqqət edirəm. Amma 2 ildir enerjim azalıb. Bunun üçün də əsəbiləşirəm”.

Qeyd edək ki, aktrisa 2004-cü ildən bəri hər il çimərlik geyimində çəkilən fotosunu paylaşır.