05 sentyabr 2018 22:34
1904

Serenay Sarıkaya təklifə "hə" dedi

Rol aldığı "Fi" serialı başa çatan aktrisa Serenay Sarıkayanın yeni mövsümdə rol alacağı ekran işi bəlli olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Acıların kadını" olaraq tanınan Bergenin həyatından bəhs edəcək filmdə çəkiləcək. 

Sarıkaya bu mövsüm efirlərə yox, kinoteatrlara çıxacaq. Üzü sevgilisi tərəfindən yandırılmış, 30 yaşında öldürülmüş Bergenin həyat hekayəsi Sarıkayanın xoşuna gəlib. 

Aktrisa yeni obrazı üçün çox həyəcanlı olduğunu deyib. Yaxın günlərdə Sarıkaya müqavilə imzalayacaq.