17 avqust 2018 20:48
1157

Castin Biberin bacısı doğuldu

Castin Biberin bacısı doğulub. İfaçının atası Ceremi Biber yeni doğulan qızının və arvadının şəklini sosial şəbəkədə paylaşıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Cereminin yeni həyat yoldaşı Çelsey Bay Biber adlı qızını dünən dünyaya gətirib. 

43 yaşlı Ceremi sevincini izləyicilərlə bölüşüb. Castin də bacısının şəklini yayımlayaraq, sevindiyini bildirib.