17 avqust 2018 20:25
895

Bacısından Hadisəyə İYNƏLİ MESAJ

Anasının intihara cəhd etməsindən sonra müğənni bacısı Hadisə ilə yollarını ayıran prodüser Hülya Açıqgöz sosial media hesabından tikanlı paylaşım edib.

Publika.az xəbər verir ki, Hadisənin “hər şey yolundadır, ailəliklə bu hadisəni geridə qoya bilərik” açıqlamasına rəğmən, Hülya eyni fikirdə olmadığını bildirib.

“Öyrəndim ki, insanlar ona söylədiyinizi və etdiyinizi unudar. Ancaq sizə hiss etdirdiklərini əsla unutmaz” – Açıqgöz qeyd edib.

O, daha öncə bacısına mesaj olaraq "Ulduzlar axar. Mən sıradan insanam" demişdi.