17 fevral 2016 21:59
342

Dünya şöhrətli aktyor dünyasını dəyişdi

"İki sahil" ANS PRESS-ə istinadən xəbər verir ki, 98 yaşlı aktyor Vaşinqton ştatının Nort Bent şəhərində qızının evində qonaq olarkən vəfat edib. Aktyorun ölümünü qızı İya Qeyns Falkon Braun təsdiqləyib. 

Məlumata görə, aktyor Qeyns  1960-1970-ci illərdə müxtəlif film və seriallarda çəkilib.  Aktyor  "Tutsi" və "Polis Akademiyası" filmlərindəki rolu ilə dünya şöhrəti qazanıb. 

“Polis Akademiyası” 1984-cü ildə kriminal komediya janrında Hyu Uilson tərəfindən çəkilən ABŞ filmidir. C. Qeyns  1952-ci ildə kanadalı aktrisa və teleaparıcı Ellin En MakLeri ilə evlənib. Aktyorun iki övladı var. Bunlar Metyu və İyadır. Aktyor sonuncu dəfə 2003-cü ildə "cavanlar" filmində çəkilib.