01 avqust 2018 19:04
1100

Siyəzəndə meşə yanğını olub

Siyəzəndə meşə yanğını olub.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Ərziküş kəndində 150 ha sahədə meşə zolağı və 22 ha sahədə kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.