29 iyul 2018 17:05
2030

“Jara-2018” kimi irimiqyaslı layihələr Azərbaycanın multikultural dəyərlərini bütün dünyaya tanıdır

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı kimi irimiqyaslı layihələr Azərbaycanın multikultural dəyərlərini bütün dünyaya tanıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert proqramında çıxış edən azərbaycanlı gənc bəstəkar və ifaçı Murad Arif söyləyib.

Bu cür layihələrin fəal tərəfdarı olduğunu bildirən Murad Arif deyib: “Sevindirici haldır ki, həm Azərbaycan gəncliyi, həm bizim qonaqlarımız bir arada əylənirlər. “Jara-2018” Beynəlxalq Musiqi Festivalı bütün qonaqlara Azərbaycan xalqının qonaqpərvərliyini göstərmək üçün növbəti fürsətdir”.