“Jara” festivalına ilk dəfə qatılıram. Bakına çox sevirəm. Bura mənim evim kimidir. Gözəl dəniz, əsrarəngiz şəhər, bir sözlə, Bakıda olmağımdan qürur duyuram.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, məşhur fransız müğənni İnqrid deyib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən İnqrid bu möhtəşəm musiqi bayramına məxsusi hazırlaşdığını dilə gətirib: “Günlər günəşli keçir, əsl dəniz havasıdır. Zəhmətim hədər getmədi, perfomansım tamaşaçılara zövq yaşatdı. Səhnədə sürprizlər təqdim etməyə çalışdım. Tamaşaçılar ifamı bəyəndilər və bu məni çox sevindirir”, - deyə müğənni bildirib.
Festivalda ən yaxşı mahnıların səsləndirildiyini, bunun hamıda gözəl əhval-ruhiyyə, müsbət emosiya doğurduğunu vurğulayan İnqrid deyib: “Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir”.