26 iyul 2018 18:10
1185

Azərbaycanın müdafiə naziri Moskvaya səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə iyulun 27-də Moskvaya səfərə yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.