İllərdən bəri erməni separatçılarının, terror qruplarının törətdikləri qanlı hadisələrdən əziyyət çəkən Azərbaycan xalqı qanlı-qadalı terrorun dəhşətlərini hiss edir, bu gün də işğalçının silahlı hücumlarına, təxribatlarına məruz qalır.
İnsanlara və təbiətə vurduğu maddi, mənəvi, hərbi, ekoloji zərərin növündən asılı olmayaraq terror bütün hallarda bəşəri dəyərlərə qarşı cinayətdir. Dünya siyasətinin idarə olunmasında daha böyük imkanlara sahiblik uğrunda mübarizənin, qütbləşmənin artdığı bir zamanda terrora dəstək göstərən tərəflər qeyri-qanuni silahlı dəstələrdən istifadə edirlər.
Günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən terror aktları nəticəsində şəhərlər dağılır, evlər viran qoyulur, təbiət, ətraf mühit yararsız hala salınır. Evlərini tərk etməyə məcbur qalan miqrantlar təbii fəlakətlərlə, qürbət ellərdə haqsızlıqla, üzləşir, ədalətsiz münasibətlərin, insan alverinin qurbanına çevrilirlər. Bu sadalananlar terrorun törətdikləri və hər gün rast gəlinən, müşahidə olunan faciələrin, dəhşətlərin alışdığımız görünən tərəfləridir. Körpəsini, yaxınlarını itirən anaların, validenlərindən məhrum uşaqların göz yaşları, terror zamanı əlil olanların əzab-əziyyətləri, maddi-mənəvi sıxıntıları, isti ocaq həsrətində qalan yurdsuzların Vətən həsrəti... Ürək yanğısı ilə seyr etdiyimiz bu mənzərələr insanlıqlarını itirmiş terrorçulara qarşı nifrət yaratmaqla belə sual doğurur: Günahsız insanları məhrumiyyətlərlə üzləşdirən maraqların mübarizəsində qalib adını qazanmağa dəyərmi?
Bu gün insan, narkotika alveri, silah qaçaqçılığı ilə məşğul olan, başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün ən çirkin vasitələrdən, radikalizmdən, ksenefobiyadan, separatizmdən, dinlərarası qarşıdurma yaratmaq üçün təxribatlardan çəkinməyən dairələr hələ də terrora dəstək göstərir, onları maliyyələşdirir, təhqirlərə məruz qalan müsəlmanların çəkdiyi əziyyətlərdən zövq alırlar.
İllərdən bəri erməni separatçılarının, terror qruplarının törətdikləri qanlı hadisələrdən əziyyət çəkən Azərbaycan xalqı qanlı-qadalı terrorun dəhşətlərini hiss edir, bu gün də işğalçının silahlı hücumlarına, təxribatlarına məruz qalır. İşğal altında qalan Azərbaycan torpaqlarında vaxtaşırı yanğınlar törətməklə flora və faunanı məhv edən ermənilər tarixi abidələri, müqəddəs ziyarətgahları, qəbristanlıqları yox edir, bəzi hallarda erməniləşdirir, sahibsiz qalan evləri dağıdır, hər yeri viran qoyurlar. Bir sözlə, xaraba aşiqi bayquş xislətli ermənilərin ayağı dəydiyi yerlərdə həyat dayanır.
Tarixən türklərə, müsəlmanlara qarşı nifrətlə böyüyüb, görbagor dədələrindən miras qalan azərbaycanlılara qarşı nifrəti qanlarında daşıyan ermənilərin yaşlı, uşaq, qadın, gənc demədən hər kəsə düşmən gözü ilə baxmaları bu millətin gendən gəlmə xarakterik xüsusiyyətidir. Bu günlərdə Füzuli rayonunun Alxanlı kəndinin iki yaşlı sakini Zəhranı nənəsi ilə birgə al qana boyayan ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyəti tərəfindən lənətlənməsi erməni terrorunun dəhşətlərindən xəbər verir.
Təkcə Dağlıq Qarabağ münaqişəsinin başladığı gündən indiyədək öldürülən, diri-diri yandırılan insanları, Xocalı soyqırımı qurbanlarını xatırlamaqla qanla qidalanan erməni terrorunun, erməni xislətinin dəhşətləri barədə təsəvvür yaratmaq olar. İmza atdığı qanlı qırğınları nəzərə almaqla Ermənistanı terroru dövlət səviyyəsində dəstəkləyən dövlət kimi dəyərləndirmək daha məqsədəuyğundur.
Terrorçu Qurgen Markaryanın “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa” görə” ölümündən sonra “İgidliyə görə”” medalı ilə təltif edilməsi, ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adı verilməsi, Sumqayıt hadisələrini törədən Eduard Qriqoryana qarşı heç bir cəza tədbirinin görülməməsi, Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmiş ASALA-nın “inqilabi hərəkat” adlı qruplaşmasının “ Avo” ləqəbli rəhbəri Monte Melkumyana milli qəhrəman kimi abidə ucaldılması, Hitlerin əlaltıları kimi alman faşizminə xidmət edən Nijde və Dro adlı qaniçənlərə İrəvanın ən görkəmli yerində abidə ucaldılması terrora dəstəyin nümunəsidir.
Ötən əsrin əvvəllərində S.Şaumyanın başçılığı ilə daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınları, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızı qətlə yetirən ermənilər terrorizmə qarşı beynəlxalq koalisiyada təmsil olunmaqdan imtina etməklə də terroru dəstəklədiklərini gizlətmədilər. 2001-ci ildə Amerikada qoşa göydələnlərin dağıdılmasından sonra ABŞ-ın yaratdığı beynəlxalq antiterror kaolisiyasına qoşulan Azərbaycan əməli fəaliyyəti ilə subut etdi ki, milliyyəti, vətəni olmayan terrorçulara qarşı mübarizəyə hər zaman hazırdır. Sərhədlərin təhlükəsizliyinin təmin olunması, terrorçuluqda şübhəli bilinən qrupların və onların vasitəçilərinin aşkarlanması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizənin qiymətləndirilməsinə dair ekspert qrupunun (MONEY) üzvü olan Azərbaycan yüksək səviyyədə peşəkarlıq nümayiş etdirir.
Bədniyyətli insanların müasir texnologiyalardan belə istifadə etməklə törətdikləri terror elə qorxulu kabusdur ki, bu dəhşətlərin aradan qaldırılması yalnız bütün xalqların birgə səyi ilə mümkündür. Təcrübə göstərir ki, ən qüdrətli dövlət də nə qədər güclü müdafiə olunsa belə terrora qarşı təkbaşına mübarizə apara bilməz. Bəzi ölkələrdə daxili sabitliyi pozmaqla, gərginlik yaradan, vəziyyəti regional maraqlar fonunda daha da gərginləşdirən qruplar istəklərini reallaşdırmaq üçün terrorçulardan da istifadə edir, onlar üçün təlim- məşq bazaları yaradırlar. Türkiyədə, Suriyada, İraqda və digər Şərq ölkələrində ilk mərhələ kimi “inqilablar” yaradan, sonra terrorçuların vasitəsi ilə təxribatlar törədən, dövlət çevrilişlərini gerçəkləşdirən, geosiyasi hadisələri günahsız insanların qanı bahasına yönləndirən, dünyamızın nizamına “əl gəzdirən, hegemonluq” etmək istəyən qüvvələrin maraqlarına uyğun “tənzimlənən” terrorların davam etməsi daha böyük təhlükələrdən xəbər verir.
İraq və Şam İslam Dövləti (İŞİD), “Əl- Qaidə”, “Taliban” və digər terror təşkilatlarının Şərq ölkələrində, Avropa dövlətlərində törətdikləri partlayışlarda qətlə yetirilənlərin sayı artmaqdadır. Məzhəb, din adı altında baş verən qarşıdurmalar, süni yaradılan islamofobiya, etnik zəmində törədilən münaqişələr səbəbindən dövlətlərin bölünməsi dünyanın geosiyasi xəritəsinə yeni ünvanlar əlavə edir. 15 iyul hadisələrini törədən FETÖ-nün “Gülən camaatı”na dəstək göstərən Avropa ölkələrinin Türkiyəyə qarşı ədalətsiz münasibəti terrora dəstəkdir. Bu gün də Almaniyada, Hollandiyada, İsveçdə sığınacaq tapan terrorçulara göstərilən dəstək haqlı olaraq Türkiyəni narahat edir. Türkiyədə baş verən hərbi çevrilişə cəhdin təhlili də göstərdi ki, terrorçu şəbəkələri silahlandırıb, təlimatlandırıb, qruplar yaradan “dünya jandarmı” rolunu oynayan qüvvələrin məqsədi daha çox ölkələr üzərində hakimlik səlahiyyətlərinə sahib olmaqdır.
Özünü İŞİD adlandıraraq əslində İslamın qanunlarından kənar , daha çox terror əməlləri törətməklə kabus kimi insanları təşvişə salan silahlıları təlimatlandıranlar dünyanın çərxini istədikləri tərzdə çevirirlər. “Əl -Qaidə” və İŞİD ideologiyasına qarşı durmaq üçün səy göstərin” çağırışını səsləndirən Qərb rəsmiləri azərbaycanlılara qarşı törədilən 1905 və 1918-ci illər qətliamlarını, 1948-1952-ci illərdəki deportasiyaları, 1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində baş verən verən hadisələri, nəhayət, 1992-ci il fevral ayının 26-da ermənilərin törətdikləri Xocalı soyqırımını xatırlamaq istəmirlər.
İkili standartların təməlində də terrora dəstək amili dayanır. 25 ildən artıq davam edən Dağlıq Qarabağ müharibəsində həlak olan dinc sakinlərin əzablarını görmək istəməyən dövlətlər dünya birliyində iqtisadi inkişafı ilə maraq doğuran, enerji layihələrinin həllində böyük rola malik təşəbbüskar kimi daha çox etimada layiq Azərbaycana ikili standartlardan yanaşır. Belə münasibətin beynəlxalq hüquqa xələl gətirdiyini vurğulayan Prezident İlham Əliyev ədalət tərəfdarı olduğunu bütün çıxışlarında bəyan edir. “Tolerantlıq haqqında danışırıq, ancaq nifrətin şahidi oluruq. Bunlar artmaqdadır və bu, hamımız üçün təhlükədir. İstər bunun baş verdiyi ölkələr olsun, istərsə də bundan əziyyət çəkənlər üçün. Bu səbəbdən Azərbaycanın mədəniyyət körpüsü rolu olduqca vacibdir. Eyni zamanda, bu gün ölkəmizin müsbət, dayanıqlı, təhlükəsiz və sabit inkişafı onu nümayiş etdirir ki, yalnız qarşılıqlı etimad və multikulturalizm, habelə başqalarının ənənə, din və kökünə hörmət ruhunda uğura imza atmaq olar” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: “Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirəcək.”
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır