16 sentyabr 2026 21:39
96

Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət ol­du 

Azərbaycan Demokaik Respublikasının ilhaqından sonra, rus imperiyasının tər­kibində olan­da da Azərbaycanda islami dəyərlər böyük məsuliyyətlə yaşadıldı və yaşadılmaqdadır. Azərbaycanın dövlət müs­təqilliyi bərpa olun­duqdan sonra imperiyanın islami dəyərlər üzərində hökmranlığı da sona yet­di. Azərbay­can tolerant bir dövlət kimi müxtəlif dinlərin azad fəaliyyətini təmin edir, dinlər arasında istənilən sə­viyyədə ayrı-seçkilik dövlətin qanunları ilə qadağan olunub. Birinci Qarabağ müharibəsində Ermənistan dövlətinin iradəsinin icraçısı olan Ermə­nistanın ordu hissələri Azərbay­canda islami də­yər­lərin tarixi ünvanlarına qarşı da müqayisəyəgəlməz vəhşiliklər törətmişdi, digər mədəniy­yət abidələri ilə bir sırada məscidləri də dağıtmışdı, dağıtmadıqları bir-neçə məsciddən xristian dininə xidmət kimi istifadə edirdi. Müharibə Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş əra­zilərdə böyük quruculuq işləri başladı. Dağıdılmış məscidlər də bərpa olunur...

İkinci Qarabağ müharibəsindən sonra Bakıda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Müx­tə­lif missiyalı bu tədbirlər həm də Azərbaycanın dünya dövlətləri ilə münasibətləri sistemində əhə­miy­yətli olur.

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı da belə tədbirlərdən oldu. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəndə  Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında XV əsrdə yaşayıb-yaratmış bö­yük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın böyük mənası ol­du­ğunu, öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr etdiyimizi, onlar­dan birinin də Yəhya Bakuvi olduğunu xatırlatdı. Dövlət başçımız paytaxtı Qəbələ şəhəri olan qə­dim Qafqaz Albaniyasının məhz bizim ərazilərimizdə yarandığını, fəaliyyət göstərdiyini, Türk Dövlətləri Təş­ki­latına üzv olan yeganə Qafqaz ölkəsinin Azərbaycan olduğunu xatırladaraq qeyd etdi ki, Azərbay­canda hər zaman islam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə güc­lən­dirmişik, bundan sonra da belə olacaq.  

Azərbaycanda həm türkdilli dövlətlərin, həm də İslam Əməkdaşlıq Təşkilatına da­xil olan dövlətlərin bu və ya digər missiyalı tədbirləri böyük məsuliyyətlə və əməkdaşlığa böyük sədaqətlə keçirilir. Hər tədbir bu dövlətlər arasında münasiətlərin daha da yaxşılaşmasında əhəmiy­yətli olur. Çıxışında Bakıda gözlənilən tədbirlərdən də söz açan dövlət başçımız dedi: “Dünyada gedən pro­seslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsa­düfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qə­rardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barış­dırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşıl­mazlıq, bəzi hal­larda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qar­şıdurmalar dayan­dırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ün­sürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir”.

İştirakçıların Qarabağa da gedəcəklərinə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində ola­caqlarına əmin olduğunu da bildirən Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev Birinci Qarabağ müharibəsində Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlə­ri­mizin yerlə-yeksan edildiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, bir milyona yaxın azər­­­bay­canlının Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqla­rından didərgin salındığını da xatırladaraq İkinci Qarabağ müharibəsindən danışdı, dövlət başçı­mı­zın qürurla dediklərini iştirakçılar səmimi qürurla dinlədi: “Azərbaycan xalqı qan tökərək, döyü­şərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz əda­lətimizi, hüququmuzu və milli ləya­qə­ti­mizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azər­baycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayət­karlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxana­la­rında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azər­baycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”.

İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərindən söz açan Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev tədbir iştirakçılarına bildirdi ki, biz birinci olaraq bərpa işlərini məscid­lər­dən başladıq və bu gün bu proses davam etdirilir. Dövlət başçımız sonra tədbirin mahiyyəti ilə səsləşən bir infor­ma­si­yanı da çatdırdı: “Ağdam məscidi tarixi bir məsciddir və hamımız yaxşı bilirik ki, işğal dövründə hələ ki, Ağdam işğal olunmamışdı, bizim şəhid olmuş soydaşlarımızın dini tədbirləri, mərasimləri orada keçirilirdi. O cümlədən Xocalı qurbanlarının da bütün məra­sim­ləri orada keçirilmişdi. Onu da bildirməliyəm ki, biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir. O cümlədən siz Şuşada yeni inşa edilən məscidin tikintisi ilə də tanış olacaqsınız”.

Bizim birliyimizin hər birimizi gücləndirəcəyinə əminliyini bildirən dövlət başçımız təəs­süf­lə bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə getdiyini, islamo­fo­bi­yanın onun kiçik bir tərkib hissəsi olduğunu da bildirdi.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın çox böyük məna daşıdığını da xatırladan dövlət başçımız həm də qeyd etdi ki, “...Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sül­hü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik. Ona görə mən bir daha sizə təşək­kürümü bildirirəm ki, sizin bizə verdiyiniz o mükafat həm ictimai fikirdə, həm ondan sonra siyasi addımların atılmasında və sülhü artıq geridönməz etməsində çox böyük rol oynadı...”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının mü­səl­man dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Bey­nəl­xalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nü­mayəndə heyətini qəbul edəndə çıxışı həm Azərbaycan gerçəklikləri haqqında infor­mativ bil­gi­lər kimi, həm də Azərbaycanın bu təşkilatla əməkdaşlığının perspektivləri haqqında zəmanət kimi tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı