26 oktyabr 2026 21:16
119

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı bildirib.

Koretski deyib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır.

Ukrayna, həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.

Onun sözlərinə görə, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsinə birgə nəzarəti genişləndirməyə hazırdır.

Koretski deyib: "Biz birlikdə keçid məntəqələrində təhlükəsizliyi gücləndiririk. Moldovanın daha iki keçid məntəqəsində birgə nəzarəti başlatmağa hazırlığını alqışlayıram".