Rusiya ordusu bu axşam Xarkovun Novobavarski rayonuna hava hücumları təşkil edib, nəticədə iki nəfər ölüb, dörd nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xarkov şəhər meri İqor Terexov "Telegram"da məlumat verib.
Onun sözlərinə görə, hava hücumu nəticəsində çoxmənzilli binalara, şəxsi evlərə və avtomobillərə ziyan dəyib.
Mer hava hücumundan sonra bir yerdə böyük yanğın baş verdiyini qeyd edib.
Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək