18 sentyabr 2026 16:50
101
ADU müəllimi Budapeştdə keçirilən görüşdə iştirak edib
Budapeştdə Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ADU-nun Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Şəfəq Mustafayeva ilə Budapeştdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Eötvös Loránd Universitetinin (ELTE) və Milli Müdafiə Universitetinin müəllimi Fərqanə Bayramlı arasında görüş keçirilib.
Görüşün davamı olaraq Şəfəq Mustafayeva tərəfindən ELTE Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan dili öyrənən macar tələbələr üçün “Azərbaycanın Şərq və Qərb arasında mədəni körpü kimi rolu” mövzusunda seminar keçirilib.
Görüş və seminar çərçivəsində Azərbaycan dilinin və mədəniyyətinin beynəlxalq akademik mühitdə təbliği, Azərbaycanşünaslıq istiqamətində elmi və tədris əməkdaşlığının inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.