18 sentyabr 2026 17:55
103

Kürdəmir RİH-də Dövlət Suverenliyi Günü ilə bağlı dəyirmi masa keçirilib

18 sentyabr 2026-cı il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "20 sentyabr - Dövlət Suverenliyi Günü" nə həsr olunmuş dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə  Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon Şöbəsinin rəisi  Sulidin Əhmədov, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər. 
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və digər çıxışçılar  bildiriblər  ki , suverenlik yalnız dövlət sərhədlərinin mövcudluğu deyil, xalqın öz taleyini müəyyən etmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək və gələcəyini müstəqil şəkildə qurmaq hüququdur. Azərbaycan bu hüququn bərpası üçün uzun və mürəkkəb mübarizə yolu keçib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb, tarixi və dini abidələrə ciddi ziyan vurulub. Təxminən 30 il davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qaldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə bu prosesdə dönüş nöqtəsi oldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi. 
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.