TƏBİB-də Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə TƏBİB-in rəhbər heyəti, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutun nümayəndələri, eləcə də hər iki tərəfin aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Görüş zamanı TƏBİB-in fəaliyyəti və tibbi xidmətlərin təşkili modeli barədə məlumat verilib. Koreya mütəxəssis heyəti isə ənənəvi və tamamlayıcı tibbin tarixi, eləcə də bu sahələrin ölkədə sübutlara əsaslanan yanaşmalar əsasında geniş tətbiqi ilə bağlı təcrübələrini bölüşüblər.
Tərəflər, həmçinin dərman vasitələri və dərman bitkiləri ilə bağlı tədqiqatların aparılması, sümük-əzələ xəstəliklərinin müalicəsi, immunlaşdırma və reproduktiv sağlamlıq sahələrində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib