16 sentyabr 2026 23:08
79

İran ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən gəmiyə zərbə endirib

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyətin olduğu, ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən gəmiyə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Fox News”⁠ iki mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, hücumda İranın dörd pilotsuz uçuş aparatı və azı bir raketindən istifadə olunub. Mərmilərdən biri gəmiyə dəyib. Hadisə nəticəsində tüstüdən zəhərlənmə də daxil olmaqla, yüngül xəsarət alanlar var. Yaralıların Körfəz ölkələrindən birində müalicə olunduğu qeyd edilib.

Gəminin adı, bayrağı və ABŞ ilə müqaviləsinin xarakteri açıqlanmayıb. ABŞ Mərkəzi Komandanlığı və İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.