16 sentyabr 2026 22:37
84

Quterreş: Dialoq olmadan Yaxın Şərq böhranının tənzimlənməsi qeyri-mümkündür

BMT-də ABŞ və İran nümayəndələri arasında danışıqların keçirilməsi yalnız hər iki tərəfin istəyi ilə mümkündür.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş mətbuat konfransında TASS-ın sualını cavablandırarkən bildirib.

"Biz yalnız insanların istədiklərini təşkil edə bilərik", - o deyib. Təşkilatın rəhbəri həmçinin qeyd edib ki, dialoq olmadan Yaxın Şərq böhranının tənzimlənməsi qeyri-mümkündür.

Xatırladaq ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində sentyabrın 22-də yüksəksəviyyəli həftə start götürəcək və dövlət başçıları çıxış edəcəklər.