14 sentyabr 2026 15:44
83

X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq

X–XI siniflərdə təmayül tədris modelinin tətbiq dairəsi 14 pilot məktəbdən 90 müəssisəyə genişləndirilir.

“İki sahil” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2025–2026-cı tədris ilində pilot layihə kimi 13 şəhər və rayon üzrə 14 ümumi təhsil müəssisəsində tətbiq edilən model 2026–2027-ci tədris ilində 46 şəhər və rayonu əhatə edərək 90 məktəbə çatdırılacaq.

Qeyd olunub ki, təmayül tədris modelinin tətbiqində əsas məqsəd tam orta təhsildə tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin maraq və qabiliyyətinə uyğun təhsil almasını təmin etməkdir. Eyni zamanda, layihə əlavə hazırlıq kurslarına ehtiyac olmadan məktəbdə güçləndirilmiş tədrisin təşkili və ali məktəblərə qəbul üçün zəruri bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.