14 sentyabr 2026 15:07
101

Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək

Vətəndaşlar sentyabrın 14-dən 18-dək qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.

“İki sahil” xəbər verir ki, müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.