14 sentyabr 2026 11:59
84

Süni intellekt casusluq və məxfi məlumatların toplanması imkanlarını genişləndirə bilər - XƏBƏRDARLIQ

Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin rəhbəri Çen İsin bildirib ki, süni intellektin (Sİ) sürətli inkişafı və ÇXR-in rəqibləri tərəfindən istifadəsi ölkənin "siyasi, institusional və ideoloji təhlükəsizliyini" təhdid edə bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" agentliyi onun rəsmi "China Cyberspace" ixtisaslaşdırılmış jurnalında dərc olunan məqaləsinə istinadla məlumat yayıb.

Çen İsinin fikrincө, Çin üçün əsas təhlükələrdən biri düşmən qüvvələrin Sİ vasitəsilə yaradılmış "kognitiv silahlardan" istifadə etməklə "ictimai rəy müharibələri" aparması ehtimalıdır. O, belə "silahların" növləri arasında deepfeykləri, Sİ tərəfindən yazılmış mətnləri, şayiələrin yayılması və cəmiyyətdə parçalanmanın provokasiyası üçün istifadə oluna bilən sosial şəbəkə botlarını qeyd edib.

Çen İsin həmçinin vurğulayıb ki, süni intellekt müxtəlif sistemlərdəki boşluqları getdikcə daha yaxşı aşkar edir və onları nəzərə alaraq zərərli proqram təminatının yaradılmasına kömək edir.

Bundan əlavə, nazirin fikrincə, Sİ alətləri casusluq və məxfi məlumatların toplanması imkanlarını genişləndirə bilər.