Ukraynanın Baş prokuroru Ruslan Kravçenko gecə saatlarında xidməti avtomobillə sərhədi keçib.
“İki sahil” xəbər verir ki, Bu barədə "Ukrainskaya pravda" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb.
İlkin məlumatlara görə, Kravçenko ölkədən çıxmaq üçün əsas kimi Litvaya ezamiyyətdən istifadə edib. Nəşr qeyd edir ki, belə bir səfər yalnız Vladimir Zelenskinin razılığı ilə baş tuta bilərdi.
Bundan əvvəl Kravçenconun özü xaricdə ezamiyyətdə olduğunu bildirmiş, lakin olduğu ölkəni açıqlamamışdı.
Sentyabrın 14-də məlum olub ki, Kravçenko Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Semyon Krivonosu ittiham edib və Krivonosa, həmçinin Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenkoya istefa verməyi tövsiyə edib.
Sentyabrın 4-də NABU baş prokurorluğunun struktur bölmələrindən birinin rəhbər müavininin başçılıq etdiyi cinayətkar təşkilatın ifşa olunması məqsədilə "Karfagen" adlı yeni əməliyyatın keçirildiyini elan edib. İstintaqın məlumatına görə, təşkilat fırıldaqçı koll-mərkəzlərin fəaliyyətinə dəstək göstərməklə və əmlakın leqallaşdırılması ilə məşğul olub. Baş prokurorun, onun birinci müavininin və digər əməkdaşların kabinetlərində axtarışlar aparılıb.
Daha sonra məlum olub ki, baş prokurorluğun beynəlxalq əməkdaşlıq departamenti rəisinin müavini Kravçenconun evində təmir işlərinin aparılmasını əlaqələndirib. Bundan başqa, həmin məmur Kravçenconun həyat yoldaşına ABŞ vizası alınmasına kömək edib, həmçinin baş prokurorun Madriddə doğum günü mərasimini təşkil edib. Bundan sonra Kravçenconun özü səhvə yol vermiş məmurun Baş Prokurorluqdan qovulacağını bildirib və koll-mərkəzlərlə heç bir əlaqəsinin olmadığını, onlara himayədarlıq etmək üçün öz vəzifə səlahiyyətlərindən istifadə etmədiyini iddia etməyə başlayıb.