Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb. Qətərin Doha şəhərində keçirilən yarışdan qayıdan atletimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıb. Daha sonra yığma komandamızın baş məşqçisi Sərdar Həsənov və yarışın qalibi Tehran Məmmədov media nümayəndələrinin suallarını cavablandırıblar.
Sərdar Həsənov: İlk olaraq Gənclər və İdman naziri cənab Fərid Qayıbova, eləcə də federasiyamızın prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Onu deyim ki, özüm 2008-ci ildə bu yarışda gümüş medal qazanmışdım. İndi Tehranın çempionluğu məni bir baş məşqçi kimi çox sevindirir. Qarşıda bizi çətin yarışlar gözləyir. Məqsədimiz dəyişmir. Hər yarışda bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.
Tehran Məmmədov: Yarış mənim üçün çox uğurlu oldu. Çempion adını qazandım. Federasiya rəhbərliyinin diqqəti, məşqçilərin böyük zəhməti var bu uğurda. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacağam.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar