Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsinə hazırlıq müddəti müasir texnologiyaların tətbiqi və toplanmış təcrübə hesabına 12 aydan təxminən 4 aya endirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev məlumat verib.
O bildirib ki, şəhər sakinləri və sürücülərin rahatlığını təmin etmək məqsədilə 2026-cı ildə tranzit dəhlizlərinin sayı 6-ya çatdırılacaq. Həmçinin Üzeyir Hacıbəyli küçəsində əlavə tranzit dəhlizi təşkil olunacaq. Həmçinin son üç ildə inşa edilən 4 yeni tribuna hesabına azarkeş tutumu 6 min yer artırılıb və ümumi tutum 21 min nəfəri ötüb.
Qeyd olunub ki, yarışın infrastrukturu yerli mütəxəssislərin iştirakı ilə qurulur. Hazırlıq və təşkilati işlərə 1400-dən çox mühəndis və texniki heyət, yarış həftəsində isə 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal cəlb olunacaq.
Xatırladaq ki, yarış sentyabrın 24-26-da keçiriləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar