09 sentyabr 2026 15:50
81

Britaniya aeroportlarında texniki nasazlıq səbəbindən 1,9 min reys ləğv edilib

Hava hərəkətinin idarə olunmasında baş vermiş miqyaslı texniki nasazlıq səbəbindən Böyük Britaniya aeroportlarında gələn və gedən 1,9 mindən çox reys ləğv edilib.

“İki sahil” xəbər verir ki,  Bu barədə "The Times" qəzeti aviaşirkətlərin izlənilməsi ilə məşğul olan "Cirium" şirkətinə istinadla məlumat yayıb.

Ekspertlər qeyd edirlər ki, reyslərin ləğvi "Hitrou", "Qatvik", "Stansted", "London-Siti" və digər aeroportların işini pozmağa davam edir.

Böyük Britaniyada hava hərəkətinin idarə edilməsinə cavabdeh olan "National Air Traffic Services" (NATS) holdinqinin rəhbəri Martin Rolf kiberhücum ehtimalını istisna edib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacaq.

Tənzimləyici orqan – Britaniyanın Mülki Aviasiya İdarəsi NATS-dan Birləşmiş Krallıqda "hava hərəkətinin idarə edilməsi sisteminin təhlükəsiz və etibarlı işini təmin etmək üçün əlavə tədbirlərin görülməsi" məsələsinə baxmazdan əvvəl baş verənlərlə bağlı tam hesabat təqdim etməyi tələb edib.

Avropanın ən böyük büdcəli aviaşirkəti olan "Ryanair"in bəyanatına görə, 200-dən çox reysin təxirə salınması və ya ləğvi 150 minədək sərnişinə təsir edib. "British Airways" 100-dən çox reysini ləğv etməyə və ya istiqamətini dəyişməyə məcbur olub və nasazlıqların çərşənbə günü də davam edəcəyini proqnozlaşdırır. "EasyJet"in bildirdiyinə görə, hava hərəkətinin idarə edilməsindəki problemlər səbəbindən onun bəzi reysləri "yerinə yetirilə bilməz". Bu, bütün Avropa üzrə reyslərin gecikməsinə səbəb olub.