03 sentyabr 2026 14:34
48

Kaspersky uşaqların Sİ-dən təhlükəsiz istifadə qaydaları haqqında danışır

 

Neyron şəbəkələri uşaqlar üçün adəti bir vasitəyə çevrilir, ona görə də bu cür xidmətlərdən təhlükəsiz istifadəni ailə daxilində müzakirə etmək vacibdir. Yeni tədris ili ərəfəsində Kaspersky mütəxəssisləri süni intellektlə (Sİ) əlaqəli əsas riskləri müzakirə edib və uşağın təhlükəsizliyini necə təmin etmək barədə bir neçə tövsiyə veriblər.

Çatbot ən yaxşı dost deyil. Uşaq çatbotla söhbəti şəxsi hesab edə və Sİ-i özü, ailəsi, məktəbi və ya şəxsi təcrübələri barədə danışa biləcəyi etibarlı bir hömsöhbəthesab edə bilər. Amma bir məsələ var – sorğular və dialoqlar xidmət tərəfindən saxlanıla və onun parametrləri və məxfilik siyasətindən asılı olaraq modellərini təkmilləşdirmək üçün istifadə edilə bilər. Məhz buna görə uşaqlara adlarını, ev ünvanlarını, telefon nömrələrini, sənədlərini və ya digər şəxsi məlumatlarını ağıllı çatbotlarla paylaşmamalarını izah etmək lazımdır. Eyni qaydalar digər insanlarla münasibətə də aiddir: sahibinin icazəsi olmadan digərlərinin şəkillərini, mesajlarını və ya sənədlərini yükləmək olmaz.

Sİ tədrisdə: köməkçi yox, icraçı. Tədris ilinin başlaması ilə uşaqlar təhsil üçün neyron şəbəkələrdən fəal şəkildə istifadə etməyə başlaya bilərlər: mürəkkəb mövzuların izahını istəmək, inşa üçün ideyalar almaq, mətnləri yoxlamaq, ev tapşırıqlarını həll etmək və ya təqdimatlar hazırlamaq. Amma uşaq Sİ-dən istifadə edərək tamamlanmış inşa və ya tapşırığın həllini saniyələr ərzində hazırlaya bildikdə, cavabın mahiyyətinə dərindən varmadan aldığı nəticəni öz işi kimi təqdim etməyə aludə ola bilər. Valideynlər uşaqları ilə qaydaları müzakirə etməlidirlər: neyron şəbəkəsi mövzunu izah etməyə, plan təklif etməyə, nümunələr təqdim etməyə və ya sınaq sualları verməyə kömək edə bilər, lakin bütün tapşırığı icra edə bilməz.

"Sİ hallüsinasiyaları". Ən çox yayılmış səhvlərdən biri Sİ-in verdiyi cavabı axtarış sisteminin nəticəsi və ya ekspert rəyi kimi qəbul etməkdir. Əslində, dil modeli təlim keçdiyi məlumatlar və ona təqdim olunan kontekst üzrə müəyyən edilmiş nümunələrə əsaslanaraq cavab formalaşdırır. Lakin inandırıcı səslənən cavab istisnasız etibarlı deyil: neyron şəbəkəsi faktları qarışdıra, özündən mənbə uydura, mövcud olmayan bir tədqiqata istinad edə və ya heç vaxt baş verməyən bir hadisəni inamla təsvir edə bilər. Məlumatın bu cür dəyişdirilməsi çox vaxt "Sİhallüsinasiyası" adlanır. Uşaqlar bu qaydanı yadda saxlamalıdırlar: sual nə qədər vacib olarsa, cavabı bir o qədər diqqətlə yoxlamaq lazımdır.

"Süni intellekt bir mövzunu araşdırmaq, uşağın materialı başa düşməsini yoxlamaq və ya inşa qaralamasını tamamlamaq üçün istifadə olunarsa, uşağın təhsili üçün dəyərli bir vasitə ola bilər. Ondan öz işini əvəz etmək üçün istifadə hər zaman məqbul deyil. Əsas məsələ süni intellekt tərəfindən yaradılan hər bir cavabı sorğu-sualsız qəbul etməməyi öyrənməkdir. Cavab ilk baxışdan doğru görünə bilər, bununla belə, uydurma faktlar, yalan istinadlar və ya qüsurlu mülahizələr də ehtiva edə bilər. Valideynlər uşaqları vacib məlumatları dərsliklər və etibarlı mənbələrlə yoxlamağa, cavabı öz sözləri ilə izah etməyə və nəsə aydın olmadıqda kömək üçün müraciət etməyə təşviq etməklə onlara dəstək ola bilərlər. Bu vərdişlər uşaqlara süni intellektdən faydalanmağa kömək edəcək və eyni zamanda, onlara yalnız tədris ili ərzində deyil, həm də həyatları boyu lazım olacaq tənqidi düşüncə bacarıqlarını inkişaf etdirəcək", - Kaspersky-nin Uşaqların onlayntəhlükəsizliyi xidmətinin rəhbəri Andrey Sidenko izah edir. 

“Uşaqlara süni intellektdən savadlı istifadə qaydalarını öyrətmək təhlükəsiz rəqəmsal mühitdə yaşamaq üçün vacib bacarıqdır”, — deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. — “Məsələn, dərs ilinin əvvəlində valideynlər uşaqları ilə birlikdə neyron şəbəkənin ev tapşırığına verdiyi cavabı təhlil edə, mənbələri yoxlaya, mətnin faydalı və dəqiq hissələrini müəyyənləşdirə, həmçinin hansı məqamların təkmilləşdirilməli olduğunu müzakirə edə bilərlər. Fişinq, dələduzluq və digər kiber təhdidlərdən əlavə qorunmanı isə xüsusi qoruyucu həllər təmin edəcək”.

Süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadə qaydalarına əlavə olaraq, əsas rəqəmsal təhlükəsizlik qaydalarına riayət etmək də vacibdir. Özünüzü və uşaqlarınızı onlayn mühitdə qorumaq üçün Kasperskymütəxəssisləri tövsiyə edirlər:

• mümkün olduqda ikifaktorlu identifikasiyanıaktivləşdirin;

• hesabları ələ keçməkdən qorumaq üçün ən azı 12 simvoldan – böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət ibarət mürəkkəb şifrə yaradın;

• tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin, onları yeniləyin və xüsusilə tanımadığınız insanlardan messencer tətbiqləri vasitəsilə aldığınız “.apk” uzantısı olan faylları heç vaxt yükləməyin;

• bütün cihazlarda fişinq səhifələrini, zərərli faylları və digər onlayn təhdidləri aşkar etməyə kömək edəcəlketibarlı təhlükəsizlik həlləri quraşdırın;

• uşağınızla birlikdə məxfilik parametrlərini və başqalarına nə qədər şəxsi məlumatın açıq olduğunu nəzərdən keçirin, həmçinin onlara bu məlumatları necə gizlətməyi öyrədin.