Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.
BDU-ya qəbul olan abituriyentlər avqustun 28-dən “mygov” rəqəmsal hökümət platforması vasitəsilə qeydiyyatdan keçirlər.
Bu günə qədər 4100 abituriyent qeydiyyat prosesindən keçib.
Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq. Qeydiyyat üçün heç bir əyani sənəd tələb olunmur.