Məkkə sazişi qlobal sülhə mühüm töhfə verəcək və müdafiə ittifaqı sabitlik gətirəcək.
“İki sahil” xəbər verir ki, bu fikirləri "ŞƏT+" formatında keçirilən sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Regional məsuliyyətə və kollektiv çəkindirməyə əsaslanan Məkkə müdafiə alyansı regional və qlobal sülhə, sabitliyə mühüm töhfə verəcək", — deyə Türkiyə lideri bildirib.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman Al Səud, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar. Saziş ölkələrdən birinə olunan hücumun paktın bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.
ABŞ İranın hücumunu dəf etmək üçün bir gecədə 80 "Patriot" raketi istifadə edib