01 sentyabr 2026 15:27
109

ABŞ İranın hücumunu dəf etmək üçün bir gecədə 80 "Patriot" raketi istifadə edib

ABŞ Silahlı Qüvvələri avqustun 31-nə keçən gecə İordaniya ərazisinə İranın son zərbələrini dəf edərkən "Patriot" sisteminin 80-dən çox raket-tutucusunu işlədib.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Military Watch Magazine" portalı məlumat verib.

Portal qeyd edir ki, bu sayda raket "Patriot" sistemləri üçün qalan bütün mərmilər ehtiyatının təxminən 10%-ni təşkil edə bilər. İordaniyadakı hücumun dəf edilməsi zamanı Almaniyadan köçürülmüş iki "Patriot" batareyasından istifadə olunub. Hər bir İran raketinə qarşı dördə qədər "Patriot" raket-tutucusu buraxılıb. Portal göstərir ki, bir "Patriot" tutucusunun dəyəri İranın ballistik raketlərinin dəyərindən dörd-beş dəfə çoxdur.

Əvvəllər "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, ABŞ İrana qarşı hərbi əməliyyat səbəbindən Avropa və Asiyadakı raket arsenallarını tükəndirib.