28 avqust 2026 16:01
104

UEFA Konfrans Liqası: "Trabzonspor"un rəqibləri müəyyənləşib

Türkiyənin "Trabzonspor" komandasının UEFA Konfrans Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, Qara dəniz təmsilçisi Almaniyanın "Frayburq", Serbiyanın "Srvena Zvezda", Finlandiyanın "KuPS", Şotlandiyanın "Harts", Bolqarıstanın ÇSKA və Çexiyanın "Yablonets" komandaları ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqasının əsas mərhələsi isə oktyabrın 15-də başlayacaq.